21:11 25.10.2025 76

Rəşad Sadıqovdan etiraf: "Rəqabətə tab gətirə biləcək gənc oyunçumuz yoxdur" - MÜSAHİBƏ

Misli Premyer Liqasının 9-cu turunda "Zirə" "Sumqayıt"ı məğlub etdi.

Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis oyun haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən bir komandaya qarşı oynayacağıq. Matça yaxşı başladıq. Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib, ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdi və "Sumqayıt"a fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq".

- Rauf Cabarovun idarəçiliyi xoşunuza gəldi?
- Bəlkə də birinci oyunu idi ki, sakit oldu. Yəqin ki, hər iki tərəfin etirazı yoxdur. Oyunu yaxşı idarə etdi.

- 2018-ci ildə U-21 millisinin baş məşqçisi olduğunuz zaman Premyer Liqa klublarının gənc oyunçulara şans verməməsindən gileylənirdiniz. Artıq neçə ildir "Zirə"də çalışırsınız. Bu illər ərzində Cəlal Hüseynovdan başqa gənc futbolçunun şans qazandığını görmürük. İndi U-21-in baş məşqçisinin Rəşad Sadıqovu qınamağa haqqı var?
- Zaman fərqli olur. 2018-ci ildəki çempionatla indiki arasında böyük fərq var. Gənc futbolçu olacağı təqdirdə, mütləq şəkildə oynadacağıq. İmkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar.

- Vinsent Tillə yollarınızı ayırdınız. Komandaya gələndə onun zədəli olduğunu bilirdiniz. Til "Zirə"yə niyə gəldi, niyə getdi?
- Futbolçunun komandaya gəlməsinin bir səbəbi var, o da kollektivi gücləndirməkdir. Onun vaxtilə dizindən aldığı zədə bizi narahat edirdi. Onu yoxladıq. Dizində heç bir problem yox idi. Başqa bir zədə aldı. O zədə də 4-5 dəfə təkrarlandı. 4 ay ərzində komanda ilə cəmi bir məşqdə iştirak etmişdi. Oturduq söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Yaxşı olar ki, Avropada bərpa prosesi keçsin. Ola bilər ki, bir məşqçi olaraq gələcəkdə Tillə qarşılaşım. Çünki futbolçu olaraq onu çox bəyənirəm. Düşünürəm ki, hər iki tərəf üçün doğru qərar oldu.

- Qapıda Aydın Bayramova şans verməyinizin səbəbi nə idi?
- Tiaqo Silvanın "Sabah"la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, "Sumqayıt" və "Karvan-Yevlax"la oyunlarda Aydına şans verəcəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır. Hamımız başa düşürük ki, Aydının millidə debüt etmək üçün şansı var. Məşqçilər bütün yerli qapıçıları gözdən keçirəcək.

- Eldar Quliyev legioner statusu ilə çıxış edir. Rəşad Sadıqovun Eldara olan sevgisinin səbəbi nədir?
- Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onun gəldiyi mövsümdə komanda uğursuz oldu, 5-ci yeri tutduq. Amma sonrakı illərdə Eldarın böyük əməyi olub. Sadəcə olaraq bir az uğursuzluq yaşadı. Ötən mövsüm sona 3-4 tur qalmış zədələndi. Təlim-məşq toplanışında yenidən zədə aldı. 3-4 ay yaxşı məşq edə bilmədi. Yavaş-yavaş ona şans verməyə başlamışıq. Yaxın gələcəkdə daha çox oynayacaq.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:35

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu

14:04

"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

13:49

Məşhur futbolçunun oğlu "Liverpul"la müqavilə bağladı

13:25

"Sumqayıt"ın futbolçusu uzun müddət sıradan çıxdı

13:03

FIFA-dan milliyə qadağa

12:48

Koreyalı futbolçu üçün danışıqlar başladı

12:19

"Şəfa"dan növbəti transfer - RƏSMİ