son dəqiqə SON DƏQİQƏ

Jotanın oğulları “Liverpul” – “Vulverhempton” matçı öncəsi meydana çıxdılar

Bölmə adı İngiltərə
Yayımlandı 27-12-2025, 20:21

Mərhum futbolçu Dioqo Jotanın oğulları Diniş və Duarte Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilən “Liverpul” – “Vulverhempton” oyunu öncəsi simvolik mərasimdə iştirak ediblər.


Sport1.az xəbər verir ki, hazırda davam edən qarşılaşma vaxtilə portuqaliyalı forvardın karyerasında xüsusi yer tutan iki ingilis klubunu üz-üzə gətirib.


Xatırladaq ki, 2025-ci ilin yayında İspaniyada istirahət zamanı baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən hücumçu Premyer Liqadakı çıxışlarına “Vulverhempton”da start verib. O, “canavarlar”ın heyətində 131 rəsmi matçda 44 qol vurub, 19 məhsuldar ötürmə edib.


2020-ci ilin sentyabrında mersisayd təmsilçisinə transfer olunan portuqaliyalı futbolçu “Liverpul” forması altında isə 182 oyunda meydana çıxaraq 65 qol və 26 assistlə yadda qalıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR