
“Ayaks”ın gənclər komandasının yarımmüdafiəçisi Mark Verkeylin sevgilisi yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Sport1.az xəbər verir ki, ESPN-in məlumatına görə, faciə dekabrın 18-də Ede və Venendal şəhərləri arasındakı yolda baş verib. 21 yaşlı qız qaçış etdiyi zaman avtomobil vurması nəticəsində ağır xəsarətlər alıb və xəstəxanada dünyasını dəyişib.
Hadisəni törədən 54 yaşlı qadın sürücü qəza yerini tərk etsə də, axşam saatlarında polis tərəfindən evində saxlanılıb.
Qeyd edək ki, Mark Verkeyl “Ayaks” sistemində çıxış edir, lakin əsas komandanın heyətində hələ debüt etməyib. Futbolçu hazırda zədə səbəbindən bərpa prosesi keçir.