
22 yaşlı fransalı futbolçu Aleksis Verqos faciəli şəkildə həyatını itirib.
Sport1.az xəbər verir ki, bu barədə ölkənin RTL radiosu məlumat yayıb. Hadisə yanvarın 5-də futbolçunun Tailandda istirahəti zamanı baş verib.
Aleksis Verqos nişanlısı ilə birlikdə Samui adasında yerləşən şəlalə yaxınlığında şəkil çəkdirmək istəyərkən bir neçə metr hündürlükdən yıxılıb. O, suya düşərkən başını daşlara çırpıb.
Xilasedicilər Verqosun cəsədini qayalıqlara sıxışmış halda çıxarıblar. Gənc futbolçunun ölümü Fransanın “Kempe Erge Armel” klubu tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, Verqos məhz bu klubun yetirməsi olub.
