
İngiltərənin “Maklsfild Taun” klubunun futbolçusu İtan Makleod yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Sport1.az xəbər verir ki, 21 yaşlı hücumçu komandasının “Bedford Taun”la keçirdiyi oyundan sonra evə qayıdarkən avtomobil qəzasına düşüb.
Gənc futbolçu aldığı ağır xəsarətlər səbəbindən həyatını itirib.