20:28 14.12.2025 99

"Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq" – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”la oyundan (5:1) sonra mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Vacib olan o idi ki, oyunçular intizamlı oynasınlar. Sonlara yaxın 1-2 boşluqlar oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq. Rəqibə və öz komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm".

- Marko Yankoviçin yoxluğunda həmin mövqeədə Joni Montiel, daha sonra Emmanuel Addai oynadı. Yankoviç hazır deyildi?

- Yankoviçə istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki əvvəlki matç gərgin və sürətli keçmişdi. Son vaxtların ən çox maksimal sürətdə keçən oyunu idi. Hər oyunçunun göstəriciləri yüksək idi. 

- "Sabah" - "Qarabağ" matçından gözləntiniz nədir?

- Həqiqətən də bugünkü nəticələri "Sabah"ın oyununa görədir. Oyundan-oyuna daha qabiliyyətli, daha təhlükəli "Sabah" gəlir, yaxşı kollektiv formalaşıb. Yaxşı oyun intizamları var. Çox ciddi rəqibə qarşı oynayırıq. Sadəcə bu gün və sabah oyunçulara istirahət verəcəyik. Futbolçularda istər-istəməz yorğunçuluq çoxalır. Düzü, rəqibi yaxından analiz etməmişik hələ. Amma oyunlarına baxmışıq, "Neftçi" və "Turan Tovuz" görüşünə baxmışıq.  

- Kadinin sıradan çıxmasından sonra onun mövqeyində oynayan futbolçularda həmin performansı görə bilirsiz? Çünki onun yoxluğunda "Qarabağ"ın həmin mövqedə eyni performansın olmadığı yazılır...

- Bəlli məsələdir. Hər oyunçunu uyğun mövqeyi var. Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynayanda, digər sıxıntılarımz da olur. Bu da qaçılmazdır. Dünya futbolunda da var. Amma futbolçularım sağ olsunlar, nəticə üçün əlindən gələni edir. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Kadı pleymeyker zonasında oynayır, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Rəqibdən də asılıdır. Kadi kimi qabiliyyətli, təcrübəli oyunçuların meydanda olması kollektivə, oyunumuzun qurulması üçün əlavə üstünlükdür. Çox istəyərəm ki, oyunçularım həmişə sağlam olsunlar.

- Qış fasiləsinə 2 oyun qalıb. Futbolçular mövsümün əvvəlində ehtimal etdiyinizdən daha çoxunu verə biliblər meydançada, yoxsa necə? Futbolçuların göstəriciləri necədir?

- Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Amma burada deməyim düzgün olmaz. Özləri bunu bilirlər və özləri də doğru-düzgün qəbul ediblər.

- "Sabah”la matçın nəticəsi, yəni məğlubiyyət olarsa, çempionluq yarışına təsir edəcək?

- Hələ qarşıda xeyli sayda oyun var. Mövsüm başlayanda neçənci yerlərdə idik, xeyli sonra pillə-pillə qalxmağa başladıq. “Sabah” da belə idi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundur. Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. "Sabah"ın yaxşı kollektivi var. Həmin oyunun nəticəsindən asılı olmayaraq, mübarizə davam edir. "Sabah" da bütün fikrini çempionata yönəldib.

- Qadın və Uşaq Sığınacağında təkbaşına "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla görüşmüsüz?

- Yox, hələ. Amma görüşəcəyik, buradadır.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:55

Konte “Napoli”dən ayrılacaq? - Klub prezidenti açıqladı

23:13

Millimiz Avropa üçüncüsü oldu

22:48

Karateçilərimizdən Avropa Çempionatında 9 medal

21:51

“Şamaxı”nın legioneri milliyə dəvət olunub

21:08

Güləşçilərimiz Avropa Çempionatını 6 medalla başa vurub

20:06

Bakıda cüdo üzrə Liqa yarışının III turu başa çatıb

19:05

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

18:55

Jorj Kaşkilya: “Gələcək haqda heç nə deyə bilmərəm”

18:33

Füzuli Məmmədov: “Rəhbərliklə görüşümüzdən çox şey asılıdır”

17:56

Premyer Liqa: Mövsümə yekun vuruldu - YENİLƏNİB

16:54

Millilərimizin hazırlıqları davam edir

16:34

Gənclər Liqasının qalibləri mükafatlandırıldı

15:45

“Araz-Naxçıvan”dan 30-cu ev qələbəsi

14:57

“İmişli” - “Karvan-Yevlax”: HEYƏTLƏR

14:27

Tarixdə 10-cu: 400-cü qol

14:13

Premyer Liqa: Pley-offun vaxtı və nominal ev sahibi müəyyənləşib

12:48

500-cü qol: 21 ildən sonra

12:24

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib

11:53

Millimizin üzvü oynamadı, komandası aşağı liqaya düşdü

11:36

Super Liqa klubu iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

10:36

İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

09:24

Üç güləşçimiz Avropa Çempionatının finalında

00:56

Karateçimizdən Avropa Çempionatında qızıl medal

00:27

Almaniya Kubokunun qalibi bəlli oldu

23:56

“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ

23:20

Güləşçimiz Avropa çempionu oldu

22:21

Andrey Demçenko: “Qalib gəlmək xoşdur”

22:06

Rəşad Sadıqov: “Ötən illə müqayisədə…”

21:45

U-21 millimizin heyəti açıqlanıb

20:57

"Neftçi" və “Araz-Naxçıvan” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:43

“Siti”nin futbolçusu ən yaxşısı seçildi

20:26

Cüdo üzrə Liqa yarışının III turu start götürüb

19:38

AMF-in prezidenti millinin üzvləri ilə görüşüb

19:16

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib

18:54

Azər Bağırov: “Məsələ tək büdcə deyil”

18:37

Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

18:18

“Araz-Naxçıvan” - “Zirə”: HEYƏTLƏR

17:53

"Şamaxı" Ayxan Abbasovla vidalaşdığını açıqladı - RƏSMİ

17:39

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

16:22

Mourinyonun təyinatı təxirə salındı

16:11

Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!

15:52

"Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır

15:30

“Qalatasaray”dan 30 milyonluq transfer planı

15:11

“Real Madrid”də vida günü: iki futbolçu son oyununa çıxır

14:47

“Kəpəz” – “Neftçi”: “11-lik”lər bilindi

14:23

Azərbaycan yığması İspaniyada təlim məşq toplanışında olub

14:02

Ayxan Abbasov millinin heyətini açıqladı

13:49

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

13:29

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

13:11

UEFA Avropa Liqası: “Beşiktaş” “Qarabağ”ın potensial rəqibi oldu

12:44

İsmail Kartaldan “Fənərbağça” açıqlaması

12:33

Türkiyə Superkubokunda cütlüklər müəyyənləşdi

12:20

Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün media-tur təşkil olunub

11:46

"Liverpul"un sabiq qapıçısı karyerasını başa vurur

11:25

Bu futbolçu yayda "Çelsi"yə keçəcək

11:05

"Mançester Siti"nin stadionunun şimal tribunası Qvardiolanın şərəfinə adlandırılacaq

10:48

Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu

10:26

Parakarateçilərimizdən uğurlu çıxış

10:14

A seriyasında mövsümün ən yaxşı məşqçisi odur

09:51

“Trabzonspor” 10-cu dəfə Türkiyə kubokunun qalibi oldu

09:20

Fransa kubokunun qalibi müəyyənləşdi

23:58

Saşa İliç: “Səviyyəli komanda yaratmaq istəyiriksə…”

23:43

Qurban Qurbanov: “Bizim işimiz hələ davam edir”

22:26

Sakarya Gənclər və İdman İdarəsinin nümayəndə heyəti “Kəpəz”in qonağı olub

21:58

Kikboksçularımızdan Dünya Kubokunda 32 medal

21:23

“Sabah” və “Qarabağ” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:56

“Real” Alaba ilə bağlı qərarını verdi - RƏSMİ

20:32

DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb

20:20

Dambrauskas: “Bunlar bizə qarşı hörmətsizlikdir”

19:48

Kurban Berdıyev: “Bu mövsüm bizə göstərdi ki…”