19:22 6.12.2025 77

"Mən də bəzən emosiyalarımı saxlaya bilmirəm" – Qurban Qurbanov

“Qarabağ” Misli Premyer Liqasının 14-cü turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Sport1.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşma barədə fikirlərini səsləndirib və daha sonra media nümayəndələrinin suallarını cavablandırıb:

"Oyun keyfiyyətli olmasa da, gərgin mübarizə getdi. Futbolçular çox güc itirdilər. Biz də kubokda oynamışdıq, "Zirə" də. Rəqibimizin kubok matçı 120 dəqiqə olmuşdu. Bəlkə dinamika yox idi. Amma meydanda mübarizə getdi. Hər iki komanda 1 xala layiq idi. İki komanda da çox əziyyət çəkdi. Oyundan-oyuna qarşımızda daha çətin, daha formalaşmış, daha geniş düşüncəli "Zirə" görürük. Rəşad Sadıqovdan hər oyunda sürpriz gözləyirik. Oyunun gedişində hər dəfə bunu hiss edirik. Yaxşı rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram".

- Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?

- O, üç mövqedə oynamağı bacaran futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm "10 nömrə" kimi, həm də vinger kimi oynamağı bacarır. Universal futbolçudur. Rotasiyalara görə də belə alındı. Oyunun gedişatına görə bu cür addım atdıq. "Zirə" birə-bir mübarizələrdə çox yaxşı oynayır. Müdafiə davranışında cəsarətli və aktivdirlər. Montieldən çox razı qaldım. Hər dəfə məndə onun haqda pozitiv fikirlər formalaşır. 

- "Ayaks"la matça start heyətində çıxa bilər?

- Tam hazır deyil. Bəlkə bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır ki, bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında hansısa dəyişiklik ola bilər. Bundan əvvəlki matçda 90 dəqiqə oynamışdı, ondan 3 gün sonra özünə gəldi. Özü deyirdi ki, çox yorulmuşdum. Qarşıdakı günlərdə baxacağıq görək bərpası necə olur. Ona uyğun addım atacağıq. Oyundan-oyuna daha hazırlıqlı olur.

- Həm rəqib, həm də baş hakim icazə vermədi ki, fasilələlər çox olsun. Bu, "Ayaks"la oyunöncəsi yaxşı təsir göstərə bilər?

- Biz hakimlərə deməmişdik ki, fasilə verməyin. Hər oyun bu cür davamiyyətli olmalıdır. İstənilən futbolçu o rejimə, o tempə uyğunlaşmalıdır. Oyun nə qədər çox dayansa, azarkeşlər üçün də maraqsız olur.

- Abdullah Zubir əsəblərini cilovlaya bilmədi. Onun hərəkətinə reaksiyanız necədir?

- Məni həmişə sakit görürsüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilavlasınlar. O da futbolçudur, emosiyalarını biruzə verə bilər.

- "Ayaks"la görüş həlledicidir. Komanda oyuna nə qədər hazırdır? Rəqibi təhlil etmisiz?

- Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq.

- Ramil Şeydayev "Qarabağ"dakı ilk dövründə normal səviyyəyə gəlmişdi. Bəs bu dəfə necə, əvvəlki formasına qayıdacağına inanırsız? 

- İstəklidir, amma bəlkə daha çox şans versək, idman formasını tez bərpa edər. İstənilən futbolçu üçün oyun sayı, oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə də, istəkli olsa da, oyun tam fərqlidir. Razı qaldığım odur ki, istəkli və intizamlıdır. Komanda var ki, uğur üçün ikinci heyət daha faydalı olur. Bu cür matçlarda sənə nəticə olaraq kömək edirlər, əsas heyət oyunçuları üçün rəqabət yaradırlar. Şərt deyil ki, bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. 20 futbolçunun məşqdə aktiv olmasının komandanın idman formasını saxlamasına böyük faydası var.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:57

“Fənərbaxça” 6 futbolçusu ilə yollarını ayıracaq

23:46

Çempionlar Liqasında erkən final - YENİLƏNİR

23:27

Millimiz “Tour of Bostonliq” turnirində iştirak edir

22:53

“Real”ın müdafiəçisi əməliyyat olunub

22:29

Yevgeni Pluşenko Bakıda keçirilən fiqurlu konkisürmə üzrə təlim-məşq toplanışına qatılıb

21:56

Modriç əməliyyat olunacaq

21:33

Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

20:24

"Prezident Kuboku-2026" turnirinin açılış mərasimi keçirilib

19:54

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

19:36

“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib

19:22

Super Liqa klubu Elvin Cəfərquliyevi istəyir - ÖZƏL

18:57

"Prezident Kuboku 2026" beynəlxalq reqatasının püşkatma mərasimi keçirilib

18:40

“Liverpul” Portuqaliya millisinin üzvü ilə maraqlanır

18:28

"Xankəndi" "Qaradağ Lökbatan"la bacarmadı - YENİLƏNİB

17:43

10 il sonra "Mançester Siti"dən ayrılır

17:08

"Real"ın futbolçusu əməliyyat olundu

16:48

Dimarko üçün 4 illik müqavilə

16:27

Lukaku "Milan"a keçmək istəyir

16:15

"Fənərbağça"da prezident seçkilərinin tarixi açıqlandı

15:23

“Prezident Kuboku 2026”: Komandaların rəsmi paradı və təqdimatı keçirilib

15:11

"Real" və "Barselona" ilə adı hallanan ulduz futbolçu qərarını verdi

14:47

İtaliya futbolunda VAR qalmaqalı

14:35

Təsadüf, yoxsa sistem? – "Sabah"ın uğur hekayəsi

14:24

"Barselona" "Tottenhem"in beş futbolçusu ilə maraqlanır

14:08

“Neftçi”dən son 15 mövsümün rekordu

13:42

AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçildi

13:26

“Qarabağ” “700”ə çatdı

13:04

"Zirə"nin səfərdə yubiley heç-heçəsi

12:43

"Sumqayıt" XXI əsrin antirekorduna imza atdı

12:22

Rəqib meydanlarında 60-cı qələbə

12:09

Medinanın "Qarabağ"dakı yubileyi

11:37

Yelkən idmanı üzrə “Prezident Kuboku” keçirilək

11:26

"Zirə"nin gürcüstanlı legionerinin 60-cı qolu

11:05

50-ci səfər qələbəsi

10:30

"Barselona" Reşfordla razılığa gəldi

10:12

"Arsenal"ın idman direktoru "Qalatasaray"ın futbolçusunu izləmək üçün gəldi

09:45

"Real" argentinalı mütəxəssislə maraqlanır

09:38

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

00:23

Daha bir futbolçu Dünya Çempionatında iştirak etməyəcək

23:50

Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

22:54

Dambrauskas: “Bu, mənim qərarımdır və qərarımın arxasındayam”

22:32

Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

21:51

Tovuzda qollu sülh, “Sabah”dan inamlı qələbə - YENİLƏNİB

21:24

Kurban Berdıyev: “Əsas oyunçularımızın yoxluğu oyuna təsir etdi”

20:59

“Bavariya”nın futbolçusu PSJ ilə matçı buraxacaq

20:35

Rəşad Sadıqov: “Tovuz səfərində bir xal qazanmaq yaxşı nəticədir”

19:33

“Milan”da ciddi itki

19:18

Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb

18:58

“Sabah” - “Karvan-Yevlax” : HEYƏTLƏR

18:26

II Liqa: “Araz Saatlı” evdə, “Ağdaş” səfərdə qalib gəldi - YENİLƏNİB

18:05

Azərbaycan Kuboku: Final görüşünün vaxtı müəyyənləşdi

17:43

AFFA hakimlər üçün sessiya təşkil etdi

17:42

Azərbaycanın U-17 millisi Qazaxıstanı məğlub etdi

17:25

"Turan Tovuz" və "Zirə" komandalarının heyətləri açıqlandı

17:21

I Liqada turun hakimləri müəyyənləşdi

17:08

AFFA bu stadionu yeniləyir - FOTO

16:25

"Bu il "Prezident Kuboku"nda Çexiya, İsveç və Rumıniya kimi yeni ölkələr var"

16:19

Fərid Qayıbov: “Prezident Kuboku 2026” beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindiricidir”

15:27

Dünya Badminton Federasiyası oyunların dinamikasını artırmaq üçün yeni formatı təsdiqlədi

15:05

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroya yollandı

14:52

Ağdərədə beynəlxalq reqata başladı

14:14

AMADA rəsmisi beynəlxalq forumda

13:50

FIFA-nın dəstəyi ilə Lənkəranda festival

13:23

"Mançester Yunayted"in sabiq baş məşqçisi yeni mövsümdə fasilə vermək istəyir

13:08

"Real" La Liqanı məhkəməyə verdi

12:46

Məhsuldar ötürmələri ilə rekorda imza atdı

12:31

"Yuventus"un gözü "Atalanta"nın futbolçusuna düşüb

12:09

Dünyanın ən dəyərli klubları - TOP 10

11:33

"Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq"

11:22

"Çelsi"dən icarəyə götürülən futbolçu komandada saxlanılmayacaq