son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Atletika üzrə ölkə çempionatına yekun vurulub

Bölmə adı Digər
Yayımlandı 13-06-2026, 18:54

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub. 


Sport1.az xəbər verir ki, son yarış günü titullu atletimiz Nazim Babayevin karyerasındakı son çıxışı ilə yadda qalıb. 


Beləliklə, Azərbaycan atletikasının parlaq simalarından biri böyük idmanla vidalaşıb. 28 yaşlı atletimiz 2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında üç təkanla tullanma növündə qızıl medal qazanaraq tarixi uğura imza atıb.


Nazim Babayev iki dəfə Yay Universiadasının, həmçinin İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, yeniyetmələr və gənclər arasında keçirilən ən mötəbər yarışlarda da çoxsaylı nailiyyətlər qazanıb. Azərbaycan Atletika Federasiyası Nazim Babayevə ölkə idmanına verdiyi böyük töhfələrə görə təşəkkür edir, ona həyatının yeni mərhələsində və gələcək fəaliyyətində ən yüksək uğurlar arzulayır.


Qeyd edək ki, Azərbaycan çempionatının sonuncu günündə müvafiq olaraq kişilərdə və qadınlarda 200 metr məsafəyə qaçışda Novruz Əsədli və Səlma Ağabəyova, 800 metrdə Loğman İsrafilli və Gülçin Nağıyeva, 5000 metrdə Əmrah Nağıyev və Natalya Vallek Azərbaycan çempionu adını qazanıb. Uzunluğa tullanma növündə Cabir Əliyev və Sofiya İsrafilova bütün rəqiblərini qabaqlayıb. Lövhə atmada İsmayıl Əliyev və Lalə Cəniyeva, çəkic atmada isə Rəhimə Bəylərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR