
"Sabah" sabiq futbolçusu Jarl Marqaritanı FİFA-ya şikayət etmişdi.
Buna səbəb oyunçunun qarşılıqlı razılıq olmadan komandanı tərk etməsi idi. Vinger ABŞ-ın "Finiks Rayzinq" klubu ilə anlaşdıqdan sonra "Sabah" futbolçunun müqaviləsində göstərilən 450 min avroluq ödənişi tələb edərək FİFA-ya şikayət etmişdi. Masazır təmsilçisi bundan əlavə amerikalılara oyunçu transferi banı qoydurmaq niyyətində idi.
Sport1.az-a daxil olan məlumata görə, FİFA Premyer Liqa təmsilçisinin iddiasını əsassız qəbul edib.
Marqarita əks addım ataraq "Sabah"ı quruma şikayət etmək niyyətindədir. Vinger müqaviləsində göstərilən 450 min avronu klubdan tələb edir.