son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Fransalı futbolçu Azərbaycan klubundan illik 250 min dollar tələb edir - ÖZƏL

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 11-06-2025, 10:23

Şarl Boli karyerasını Azərbaycanda davam etdirə bilər.

Sport1.az xəbər verir ki, "Apollon"un üzvü ilə Premyer Liqa təmsilçilərindən biri yaxından maraqlanır.

Söhbət "Araz-Naxçıvan"dan gedir. Naxçıvan klubu oyunçunun agentləri ilə danışıqlara başlayıb. Fransalı "boz qurdlar"ın rəhbərliyindən illik 250 min dollar maaş tələb edir.

Maraq üçün bildirək ki, sol cinah vingerinin "Apollon"la 2026-cı ilə qədər sazişi var. Lakin oyunçunun müqaviləsində maraqlı şərt qeyd olunub. Şarl "Apollon" UEFA turnirlərinə vəsiqə qazanmasa, avrokuboklarda iştirak edən hansısa klub onunla maraqlansa, sərbəst qala bilər. "Araz-Naxçıvan" rəhbərliyi də məhz bundan yararlananaq 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Şarl Boli ötən mövsüm meydana çıxdığı 23 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

"Lans"ın yetirməsi olan vinger karyerası ərzində "Paris", "Viçentsa" və "Po" kimi klublarda top qovub. Şarl meydana çıxdığı 186 matçda 17 qol vurub, 15 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR