son dəqiqə SON DƏQİQƏ
Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ● Çimərlik güləşində tarixi uğur ● "Mənim üçün ən vacibi futbolçuların bütün çatışmazlıqlarını görmək idi" ● Azərbaycan millisinin Litva seçməsi ilə bərabərliyinin ●

Rəqib güclüdürsə, sən zəifsən! - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 24-07-2025, 14:16

İyunun 19-da "Hayduk"un sabiq futbolçusu və baş məşqçisi İqor Ştimatsin HRT-yə açıqlaması diqqətimi çəkdi:

“Komandanı məndən çox sevən yoxdur. Bunu sözlərlə yox, oyunlarımla sübut etmişəm. Arxamda titullar və nailiyyətlər var. Bütün ailəmin varlığını “Hayduk” üçün təhlükəyə atmışam. Hazırda klubda hərc-mərclikdir. Yığılmış borc 60 milyon avrodan çoxdur. Yeni mövsümə az qalıb, yeni baş məşqçi üçün 400 min avronu çətinliklə toplamışıq. Komandanın sabiq baş məşqçisi Cennaro Qattuzonun maaşı yüksək idi. Buna görə də ona dözdülər. Onların çıxış yolu yox idi və italiyalı mütəxəssisin pis qərarları ilə barışmalı oldular”.

Maraqlı fikirlərdir. Ən azından haqqında danışılan komanda Konfrans Liqasındakı təmsilçimiz "Zirə"nin rəqibidir. Bu səbəbdən də içim rahatlamışdı. Düşünürdüm ki, Rəşad Sadıqov bundan istifadə edəcək. Problemlər içində olan "Hayduk"u dərindən təhlil edəcək və Xorvatiya nəhənginə Bakıda futbol dərsi keçəcək. Amma...

Tam 1 ay öncədən "rəqib güclüdür", - deyə fikir formalaşmışdı. İctimaiyyətə əvvəlcədən qəbullandırdılar ki, "Zirə"dən əlinizi üzün. Rəqib güclüdürsə, sən zəifsən. Bu, aksiomdur. Ancaq futbolda belə bəhanələrə yer yoxdur. Turnirdə iştirak etmək məcburiyyətin də yoxdur. Komanda hazır deyilsə, imtina edə bilərsən. "Zirə" özünü klub olaraq Konfrans Liqasında "Hayduk"u keçəcək gücdə hesab etmirsə, başqası bunu edər.

"Zirə" niyə "Hayduk"u keçəcək gücdə deyil?

1. Komandanın azarkeşi yoxdur

Avrokuboklarda oynayan klubun ev oyununda rəqibin fanatlarının səsi daha çox gəlirsə, demək ki, bu kollektivin tərəfdaşı yoxdur. Bakı kimi şəhərdə, 10 minlik stadionu doldura bilməmək? Heç olmasa, əməkdaşlıq etdiyiniz şirkətlərin işçilərinə pulsuz bilet paylayardınız...

2. Heyət kifayət qədər güclənməyib

"Zirə" yayda 5 futbolçu transfer edib: Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov, Abdulaziz Batibie, Vinsent Till. Bunlardan yalnız fransalı əsas heyətdə idi. Yenilərdən ikisi - Vinsent Till və Yeqor Boqomolski zədəlidir. Rövlan Muradov və Abdulaziz Batibie sonradan meydana çıxdı. Heyəti tez-tez dəyişməmək yaxşıdır. Amma özünü "Hayduk"dan zəif hesab edirsənsə, transfer dönəmində daha yaxşı oyunçular transfer etməlisən. Etmirsənsə, problem səndədir. Demək ki, bu komandanın iş görəcəyinə inanırsan. Ya da rəhbərlikdədir ki, sənin istəyinə uyğun transferlər etməyiblər.

3. Baş məşqçi

Rəşad Sadıqovu əsaslı tənqid eləmək lazımdır. Belə problemləri olan komandanı normal təhlil edə bilməyib. "Hayduk"un dırnaqarası güclü olduğunu qəbullanıb. Hücum xəttində yer alan futbolçularına 2 metrdən qapıya düşməli olduqlarını izah edə bilməyib.

Son olaraq! Hörmətli, Rəşad Sadıqov! Nikola Yurçeviç mütəxəssisdir. Özü də xorvatiyalı. Bəli, Azərbaycan millisində çalışıb. Buna görə də ölkəsinin mətbuatına "Zirə" - "Hayduk" görüşü barədə açıqlama verib. Bu, onun şəxsi seçimidir. Sən vacib oyundan öncə, sual verilmədiyi halda, həmin şəxsə cavab verməyə vaxt xərcləyəcəksənsə, onda yaxın gələcəkdə doğma meydanda "Hayduk"u, "Dinamo"nu, "Şerif"i uda bilməyəcəksən. Sənin rəqibin Yurçeviç deyildi. Heç vaxt da ola bilməz. Xorvatiyalının dediklərini götür-qoy eləmək lazım deyildi. Qonsalo Qarsiyanın məşqçi olaraq hansı bacarıqları olduğunu, zəif nöqtələrini təhlil etmək lazım idi...

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR