Yeni mövsümdən I Liqada çıxış edəcək “Şahdağ Qusar”da növbəti dəyişiklik baş verib.
Sport1.az-ın məlumatına görə, bölgə təmsilçisi yeni loqosunu ictimaiyyətə təqdim edib. Klubdan verilən açıqlamaya görə, yeni loqo təkcə idman simvolu deyil, eyni zamanda Qusar bölgəsinin ruhunu, coğrafiyasını və tarixi şəxsiyyətini özündə əks etdirən güclü vizual elementdir.
Qeyd edək ki, dünən komandanın kapitanı Rahid Əmirquliyev klubun yeni prezidenti seçilib.
NİHAT KƏRİMLİ
Sport1.az