I Liqanın XX turunda “Baku Sportinq” “Qəbələ”yə 0:5 hesabı ilə darmadağın olmuşdu.Sport1.az xəbər verir ki, görüşünün 59-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Luka Stevanoviç zədələnərək əvəzlənmişdi. Serbiyalının diz qapağında problem aşkarlanıb. Yarımmüdafiəçinin zədəsi olduqca ciddidir.
Həkimlərin rəyindən sonra bəlli olub ki, Luka üçün mövsüm başa çatıb.
Sport1.az