Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında finalçılar müəyyənləşib.Sport1.az xəbər verir ki, həlledici görüşdə İngiltərə və Almaniya milliləri üz-üzə gələcək.
Yarımfinalda İngiltərə Niderlanda 2:1, Almaniya Fransaya 3:0 hesabı ilə qalib gəlib.
Final matçı iyunun 28-də Slovakiyanın paytaxtı Bratislavadakı "Tegelne Pole" stadionunda keçiriləcək.
Qeyd edək ki, U-21 Avropa çempionatının ən titullu komandaları hərəyə 5 dəfə qızıl medal qazanmış İtaliya və İspaniyadır. Almaniya və İngiltərənin isə 4-cü dəfə bu kuboka sahib çıxma şansı var.
Sport1.az