
"Əl-Əhli" türkiyəli müdafiəçi üzvü Merih Demiralın müqaviləsinin müddətini uzadıb.
Sport1.az xəbər verir ki, mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında "Atalanta"dan 17 milyon avroya transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Ciddə təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.