son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ●

“Barselona” bu müdafiə ilə Çempionlar Liqasını qazana bilməz”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 3-12-2025, 23:37

“Çelsi”nin və Fransa millisinin sabiq futbolçusu Emmanuel Peti “Barselona”nın hazırkı heyəti ilə Çempionlar Liqasını qazana bilməyəcəyini düşünür.

Sport1.az xəbər verir ki, veteran yarımmüdafiəçi Kataloniya klubunun xüsusilə müdafiə xəttində ciddi problemlərinin olduğunu deyib.

Peti vurğulayıb ki, komandanın əsas yükü Lamin Yamalın üzərindədir:

“Əsasən hər şey Yamaldan asılıdır. “Barselona”da yaxşı futbolçular var, amma Messi səviyyəsində dünya ulduzları yoxdur. Belə müdafiə ilə Çempionlar Liqasını qazanmaq? Heç vaxt! Bu, mümkün deyil. Çox qol buraxırlar. “İnter”lə yarımfinal oyunlarında bunu gördük. Yeddi qol buraxan komanda necə kubok qazana bilər? Deyəcəksiniz ki, altı qol da vurdular. Amma Yamalı çıxarsaq, “Barselona”da nə qalır? Hücum yaxşıdır, müdafiə isə yox. Sanki hər şeyi Yamala ümid ediblər”.

Peti əlavə edib ki, Yamal yaxın gələcəkdə komandanın lideri ola bilsə də, təkbaşına uğura çatdıra bilməz:

“Yamal təkbaşına Çempionlar Liqasını qazana bilməz. Messiyə böyük hörmətim var, amma o da Xavi, İnyesta, Puyol kimi adların dəstəyi olmadan bu turniri qazanmazdı”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR