son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ●

Siyasət Əsgərov: “Qadın futbolu üçün bayram idi”

Bölmə adı Milli
Yayımlandı 3-12-2025, 14:53


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Banqladeşin paytaxtı Dəkkədə təşkil olunan “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində yerli komanda ilə keçirilən və 2:1 hesablı qələbə ilə nəticələnən matçdan sonra fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, o, əvvəlcə turnirin təşkilatına və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, daha sonra oyunu təhlil edib:

“Belə bir turnirin təşkilatçılığına görə, Banqladeş tərəfinə təşəkkürümü bildirirəm. Buranın insanları da bizi gözəl qarşıladılar.
O ki qaldı oyuna, rəqibimiz kifayət qədər güclü idi. Fikrimcə, onlar ilk matçda Malayziyanı məğlub etməli idilər. Həmin görüşdə bir səhv həlledici olmuşdu. Banqladeş yığması bizimlə matça da yaxşı hazırlaşmışdı, qələbə qazanmaq istəyirdi. İlk 15 dəqiqədə meydançanın hər yerində təzyiq etdilər, bizə çətin anlar yaşatdılar. Özünəməxsus əks-hücum futbolu ilə seçilən kollektivdir. Oyunda da bunu göstərdilər. Hesabı açsaq da, çox keçmədən qapımızda qol gördük. Çünki rəqib fərqlənmək üçün hər şey edirdi. İkinci hissədə isə daha yaxşı çıxış etdilər. Ancaq müdafiəçilərimiz uğurlu performans ortaya qoyaraq, rəqibin hücumlarının qarşısını aldılar. Oyun planında dəyişikliyə getdik, əvəzetməyə əl atdıq. Bunun da xeyrini gördük. Düşünürəm ki, hər iki komanda maraqlı oyun göstərdi və stadiona gələn azarkeşlər peşman olmadılar. Qadın futbolu üçün bayram idi. Bu bayramdan həm Banqladeş Futbol Federasiyası, həm də AFFA nələrsə qazandı”.

Qeyd edək ki, Malayziya (2:0) və Banqladeş (2:1) üzərində qələbələr qazanan yığmamız “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR