son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ●

Bölgə təmsilçisinə qarşı ayrı-seçkilik, yoxsa... – YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 3-12-2025, 12:48

Premyer Liqanın 13-cü turunda baş tutan 2 görüş VAR hakimi Rauf Cabarovun qalmaqallı qərarları ilə yadda qaldı.

"İmişli" Qubada "Sabah"ı qəbul edirdi. Matçın 40-cı dəqiqəsində bölgə təmsilçisi hesabda önə keçir, lakin VAR-dan baş hakimə oyundan kənar vəziyyətin olduğu üçün qolun keçərsiz sayılması barədə məlumat verilir. Epizod müzakirələrə səbəb olur. Qarşılaşma 3:0 hesabı ilə Masazır təmsilçisinin xeyrinə başa çatır.

Turun son oyununda "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul etdi. Bu görüşdə də "İmişli" ilə "Sabah" arasında keçirilən oyunda baş verən hadisəyə bənzər bir epizod təkrarlandı. Təsadüfi olan odur ki, Qəbələdəki matçın VAR hakimi də Rauf Cabarov idi. "Araz-Naxçıvan"ın vurduğu qolu VAR-da müzakirə etsələr də, qeydə alırlar. Qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Matç bitdikdən sonra “İmişli” sosial şəbəkə hesabında paylaşım edərək hakim qərarlarına görə xal itirdiklərini, epizodların birə-bir eyni olduğunu, birinin qol sayıldığını, digərinin isə sayılmadığını bildirərək, futbolda ədalətli qərarlar tələb etdiklərini vurğulayıb.

Burada əsas diqqət çəkən məqam isə VAR hakimi Rauf Cabarovun eyni tərkibli iki epizoda fərqli yanaşmasıdır. Futbolda texnologiyanın tətbiq olunmasının əsas məqsədi ədaləti təmin etmək, şübhəli vəziyyətlərdə obyektiv qərarların çıxarılmasına yardımçı olmaqdır. Lakin Rauf Cabarovun bu iki oyundakı qərarları göstərdi ki, texnologiya olsa belə, onu idarə edən şəxsin obyektivliyi olmadıqda sistemin faydası azalır. Bu cür qeyri-sabit və ziddiyyətli qərarlar isə hakimliyə olan inamı zədələyir.

Bu iki epizod eynidirsə, fərqli qərarların səbəbi nədir? Hakimin texniki baxışında problem var, yoxsa subyektiv yanaşma? Rauf Cabarov texniki baxımdan vəziyyətləri düzgün təhlil edə bilmirsə, bu onun VAR otağında yer alması üçün ciddi sual doğurur. Yox, burada subyektivlik və ya bölgə təmsilçisinə qarşı ayrı-seçkilik varsa, bu artıq təkcə texniki yox, etik və intizam məsələsidir.

Futbolun inkişafı üçün hakimlər də təkmilləşməli, onların qərarları şəffaf və ardıcıl olmalıdır. Əks halda, klublar öz zəhmətinin qarşılığını ala bilmir və çempionatın nüfuzu sual altına düşür. Rauf Cabarovun bu qərarları isə təəssüf ki, bu etimadı sarsıdan növbəti nümunə oldu.

MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR