son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ●

Bədii gimnastika üzrə Bakı çempionatı yekunlaşdı

Bölmə adı Digər
Yayımlandı 1-12-2025, 18:22

Bədii gimnastika üzrə XXX Bakı çempionatı yekunlaşıb.

Sport1.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, üç gün davam edən yarışda “Ocaq Sport”, “Grasiya İdman Klubu”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı və Zirə Mədəniyyət Mərkəzinin gimnastları çıxış ediblər.

Yarışda balacalar (2015, 2016, 2017-ci il), yeniyetmələr (2012, 2013, 2014-cü il) və gənclər (2010, 2011, 2009-cu il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar müxtəlif alətlərlə – lent, halqa, top və gürzlərlə öz performanslarını göstəriblər.

Çempionatın ilk günündə təsnifat mərhələsi keçirilib. İkinci gündə balacalar və yeniyetmələr arasında müxtəlif alətlər üzrə qaliblər müəyyən olunub və mükafatlandırılıb. Sonuncu gündə isə yeniyetmələr və gənclər arasında final mərhələsi baş tutub.

Final nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar ilk “üçlük”də qərarlaşıblar.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR