
"Liverpul"un kapitanı Vircil van Deyk komandanın yaşadığı çətin dövr barədə danışıb.
Sport1.az xəbər verir ki, niderlandlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında komandanın bu situasiyadan birlikdə çıxacağına inandığını bildirib:
“Biz yolumuzun ən ağır mərhələlərindən birindən keçirik, amma buna görə sınmayacağıq.
Bunu aşacağıq. Komandama ürəkdən inanıram. Heç nə bizə asanlıqla gəlməyib, hər şeyi mübarizə ilə qazanmışıq. Bu durum da istisna deyil. Təslim olmayacağıq. Heç vaxt! Hər çağırış bir fürsətdir. Birlikdə böyüməli, bir-birimizi dəstəkləməli və gücümüzü göstərməliyik”.
Van Deyk çıxışında həm komandanın içindəki inamı, həm də azarkeş dəstəyinin vacibliyini xüsusi vurğulayıb.