Cüdo üzrə Dünya Çempionatı: Millimizin ilk rəqibi müəyyənləşib

Bölmə adı Cüdo
Yayımlandı Dünən, 15:26

Cüdo üzrə Dünya Çempionatının qarışıq mübarizəsində Azərbaycan millisinin ilk rəqibi müəyyənləşib.

Sport1.az xəbər verir ki, kişi və qadınlardan ibarət birləşmiş komanda mübarizəyə 1/16 finaldan başlayacaq.

İlk rəqib Avstriya olacaq. Cütün qalibi 1/8 finalda Yaponiya ilə üz-üzə gələcək.

Qarışıq komanda mübarizəsi oktyabrın 11-də olacaq.

Oktyabrın 4-dən 10-na qədər fərdi yarışlar baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR