Cüdoçularımız Dünya Çempionatında mübarizəyə başlayır

Bölmə adı Cüdo
Yayımlandı Bu gün, 11:21

Bu gün Bakıda cüdo üzrə böyüklər arasında Dünya Çempionatına start veriləcək.

Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.

Qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 finalda Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Çili cüdoçusu Mari Di Varqas Ley olacaq.

Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə Əhməd Yusifov isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) görüşünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsinin görüşləri saat 11:30-dan etibarən “CBC Sport” telekanalında, final bloku isə saat 18:00-dan başlayaraq “İctimai TV”də canlı yayımlanacaq.

Qeyd edək ki, Dünya Çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR