Azərbaycan gimnastları Dünya Kubokunda medal qazanıb

Bölmə adı Digər
Yayımlandı Bu gün, 17:50

İtaliyanın Riççone şəhərində batut gimnastikası üzrə Dünya Kuboku keçirilib.

Sport1.az xəbər verir ki, Maqsud Mahsudov və Hüseyn Abbasov sinxron proqramda 52,470 xal toplayaraq bürünc medal qazanıblar.

Azərbaycan gimnastları fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR