"Turan Tovuz" və "Fənərbağça" komandalarının nümayəndələri oyundan öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sport1.az xəbər verir ki, klub rəsmiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, görüş saat 20:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.