Astarada şəhid Arif Qeybiyevin xatirəsinə yarış keçirilib

Bölmə adı Digər
Yayımlandı Bu gün, 18:11

Astarada Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə ölkə birinciliyi keçirilib.

Sport1.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 2009–2010 və 2011–2012-ci il təvəllüdlü atletlər dörd kateqoriya üzrə mübarizə aparıblar.

Oğlanlarda Rəvan Gülverdizadə (500 m) və Rinad İbrahimov (1000 m), qızlarda isə Aişə Vəlili (300 m) və Gülnar Qeybiyeva (500 m) qalib olublar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR