son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqasında 9 qol buraxan baş məşqçi qovuldu ● "Qalatasaray"ın əfsanəsi əlcəklərini mismardan asır ● Nəhənglərin dueli: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı ● 12 illik həsrətə son ● "Qaradağ Lökbatan" qələbələri sıralayır, "Marafon" liderə çatmağa çalışır ● Nahid Xasıyevlə Kamil Aydınov güzəştə getmədilər ● Millimizin vacib oyununda bu şəxslər söz sahibi olacaqlar ● Qazaxıstanda Azərbaycan finalı: Qardaşlar fəxri kürsüdə ● “Xankəndi”nin doğma şəhərinə köçürülməsi planlaşdırılır ● UEFA-dan AFFA rəsmisinə növbəti təyinat ● Kaşuk vətəninə qayıda bilər ● "Səbail"də yeni təyinat: Tanınmış jurnalist vəzifəyə gətirildi ● Çempionlar Liqası: "Turan" qrup mərhələsinin bir addımlığındadır ● FİBA Çempionlar Liqası: "Sabah" "Trabzonspor"a qarşı ● "Komandada hərşey qaydasındadır" ● "Sona qədər mübarizə apardıq" ● "Mərkəzdən vurduğum qol heçvaxt yadımdan çıxmayacaq" ● "Yorulmuşam, yığmadan getməyin vaxtıdır" ● "Neftçi"nin ulduzuna Kiprdən təklif var? ● Emin Mahmudov "Neftçi"dən də gedir? ● "Neftçi" qapıçı axtarır? ● Litvalıdan Yevlaxdakı müsbət nəticələrlə bağlı səmimi ● Azərbaycan klublarının avrokubokda növbəti matçlarının ● "Şamaxı" "Sabah"ı büdrədərək "Neftçi"ni sevindirdi ● "Hypers" "Kür-Araz"ı qəbul edir, "Qaradağ Lökbatan" "Ağdaş"a qarşı ● Lənkəranın klubsuz qalmağı Azərbaycan futboluna zərbə vurur ● Güclü yağış bölgədə vacib oyunun keçirilməsinə mane oldu ● "Şamaxı"dan tarixi yubiley ●

"Komanda oynadı, çalışdı, amma..."

Bölmə adı Zirə
Yayımlandı 3-10-2026, 21:39

"Zirə" yoxlama oyunu çərçivəsində "Qarabağ"a uduzub - 3:1.

Sport1.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Fasilə uzun alındı. Biz belə uzun fasiləyə öyrəşməmişik. Milli komandalara çağırılan futbolçularımızı və zədələri nəzərə alaraq bir yoxlama oyunu keçirməyə qərar verdik. Hər iki komanda istəkli oynadı. Əsas məqsəd “Şamaxı” ilə oyuna yaxşı hazırlaşmaq idi. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirib, bizə lazım olan nəticəni qazanacağıq. Qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz var. Amma bu gün nəticə önəmli deyildi. İki hissəni 40 dəqiqə oynadıq və matçın 55-60 dəqiqəsi məni qane etdi. Daha sonra futbolçularda yorğunluq hiss etdim.

Komandanın səkkiz aparıcı futbolçusu yox idi. Bu baxımdan ciddi problemlər yaşayırıq. Təəssüf ki, bəzi oyunçularımız yalnız 2-3 aydan sonra komandaya qayıdacaqlar. Bir neçə gün əvvəl məşq zamanı zədələnən Bayere Lounu da itirdik. O, iki ay meydana çıxa bilməyəcək. Hücum xəttində xüsusi problemlərimiz var".

- Azərbaycan millisi Lixtenşteynlə heç-heçədən sonra ciddi tənqid olunur. Litva ilə vacib oyun öncəsi nə deyə bilərsiniz?

- Mən uzun illər milli komandada oynamışam. Qələbə olmayanda komanda tənqid edilir. Qol vurmaq üçün çoxlu imkanlar var idi. Bu imkanlardan istifadə edə bilməyəndə futbolçularda stress yaranır. Litva ilə oyun çox vacib olacaq. İnanıram ki, milli komanda qalan iki oyunda qələbə qazanacaq və qrupda birinci yeri tutacaq.

- Sizcə, Ayxan Abbasov millinin baş məşqçisi vəzifəsində qalmalıdır?

- Mən ona sona qədər inanıram. Lixtenşteynlə oyun uğursuz günə təsadüf etdi. Komanda oynadı, çalışdı, amma alınmadı. İnanıram ki, növbəti oyunlarda nəticə baxımından vəziyyət tam əksinə olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR