SON DƏQİQƏ
Bu gün II Liqada VI tura yekun vurulacaq.
Sport1.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
“Hypers” öz meydanında “Marafon”la üz-üzə gələcək.
“Şirvan” “Difai”ni, “Ağdaş” “Dinamo”nu sınağa çəkəcək.
4 oktyabr (bazar)
“Hypers” – “Marafon”
Hakimlər: Rəsul Babayev, Hüseyn Vəliyev, Tural Bayramov, Rüfət Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bərdə şəhər stadionu, 15:00
“Ağdaş” – “Dinamo”
Hakimlər: Nəriman Ağayev, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elman Musayev
Ağdaş şəhər stadionu, 15:00
“Şirvan” – “Difai”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ləman Əmirli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şirvan OİK stadionu, 15:00