Millimiz Moldova ilə bacarmadı

Bölmə adı Milli
Yayımlandı Dünən, 20:52

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlığın ikinci mərhələsində ilk yoldaşlıq oyununu keçirib.

Sport1.az xəbər verir ki, yığmamız Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş rəqibin 1-0 qələbəsi ilə başa çatıb.

Komandamız növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR