Bakıda keçirilən Dünya Kuboku rekordlarla yadda qaldı

Bölmə adı Digər
Yayımlandı Bu gün, 16:02

Bakı Su İdmanı Sarayında oktyabrın 1-dən 3-dək keçirilən üzgüçülük üzrə Dünya Kuboku bir sıra rekordlarla yadda qalıb.

Sport1.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “İpək Yolu” adlı yarışda 44 ölkədən 216 idmançı mübarizə aparıb. Azərbaycanı turnirdə 15 üzgüçü təmsil edib.

Yarışda Azərbaycan üzgüçüləri medal qazana bilməsələr də, 7 Azərbaycan və 16 şəxsi rekord yeniləyiblər.

Dünya Kubokunda beynəlxalq səviyyəli rekord nəticələr də qeydə alınıb. Avstraliyalı Kemeron Makevoy 50 metr məsafəyə sərbəst üsulla üzmədə 20,22 saniyə nəticə göstərərək Dünya Kuboku rekordunu yeniləyib. Rusiyalı Yeqor Kornev isə 100 metr məsafəyə sərbəst üsulla üzmədə 44,84 saniyə nəticə göstərərək dünya rekordunu təkrarlayıb.

Yarışın yekununda kişilər arasında xal hesabında Yeqor Kornev birinci, Luk Barr (ABŞ) ikinci, Piter Kutsi (Cənubi Afrika Respublikası) üçüncü olub.

Qadınlarda isə Marrit Stenberxen (Niderland) qalib gəlib. Ros Vanotterdayk (Belçika) ikinci, Yu Yitinq (Çin) üçüncü yeri tutub.

Qeyd edək ki, yarış çərçivəsində iştirakçılar üçün müxtəlif tədbirlər təşkil olunub, həmçinin Bakının tarixi və mədəni irsi ilə tanışlıq imkanları yaradılıb. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm çıxış ediblər. Yarışın bağlanış mərasimində isə “Avroviziya” qalibi Nigar Camal çıxış edib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR