
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə PSV-yə 1:4 hesabı ilə uduzan "Liverpul"un baş məşqçisi Arne Slot istefaya göndərilə bilər.
Sport1.az xəbər verir ki, dünən baş tutan görüşdən sonra klubun sahiblərinin də iştirak edəcəyi fövqəladı iclas keçiriləcək.
Bu gün baş tutacaq brifinqdə Arne Slotun ya birbaşa istefaya göndərilməsi, ya da yanvara qədər son şans verilməsi müzakirə olunacaq.