
Frank De Bleker AFFA Hakimlər Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb.
Sport1.az xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Toplantıda qurumun baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib.
Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyşiklikləri qəbul edilib.
Dəyişikliyə əsasən, Hakimlər Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.
İclasda Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sonuncu azərbaycanlı sədri Xaqani Məmmədov olub. O, 14 Sentyabr 2018-ci ildə vəzifəsini tərk etdikdən sonra bu postda avstriyalı Frits Şruxlik və Barış Şimşek də çalışıb.