son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

AFFA-da struktur dəyişikliyi - 2 departament birləşdirildi

Bölmə adı Futbol / Manşet
Yayımlandı 18-08-2025, 15:18

Uzun müddətdir ki, AFFA-da səssizlik idi.

Düzdür, baş katib Cahangir Fərəcullayev və vitse-prezident Sərxan Hacıyev Premyer Liqa matçlarını stadiondan izləyirlər. Lakin onlar da media nümayəndələrindən qaçdıqları üçün federasiyanın fəaliyyəti ilə bağlı hansısa dəqiq informasiyaları əldə edə bilmirik.

Lakin redaksiyamıza qurumla bağlı yeni informasiya daxil olub. Sport1.az-ın məlumatına görə, AFFA-da yeni departament fəaliyyətə başlayıb. Klubların Lisenziyalaşdırılması və Qeydiyyat-Statistika Departamentləri ləğv olunub. Onların əvəzinə yeni qurum təsis olunub. Yeni şöbə Klubların Lisenziyalaşdırılması və Qeydiyyat Departamenti adlanacaq. Quruma Seymur Səlimli rəhbərlik edəcək. Adı çəkilən şəxs avqustun 1-dən bu postda fəaliyyətə başlayıb.

Qeyd edək ki, bir müddət öncə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi kimi fəaliyyət göstərən Seymur Səlimli vəzifəsini tərk etmişdi. Onun əvəzinə Naib Əsədov təyin olunmuşdu. Seymur Səlimli isə Qeydiyyat və Statistika Departamentinin rəisi idi. AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru isə Elçin Məmmədov idi. O, bir müddət öncə öz istəyi ilə vəzifəsindən istefa vermişdi. Adı çəkilən şəxs daha sonra baş katib Cahangir Fərəcullayevin müavini təyin edilmişdi.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR