son dəqiqə SON DƏQİQƏ
Azərbaycan – Litva oyunu Gəncədə keçirilməyəcək Ozan Can “Vanspor”da növbəti oyununa çıxdı Millimiz Qırğızıstana məğlub oldu “Şəmkir” – “Marafon” oyunu heç-heçə başa çatdı - “Səbail”in adı dəyişdirilir Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda qəbul olunub “Dinamo” mövsümə qələbə ilə başladı - Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu Avarçəkənimiz Avropa Çempionatında yarışacaq “Şahdağ Qusar” yetirməsi ilə yeni müqavilə imzaladı Elvin Cəfərquliyev əməliyyat olunub “Ağstafa Gəncləri” mövsümə qələbə ilə başladı - Camal Feyziyev: “Növbəti hədəfim finalda qalib gələrək Dünya çempionu olmaqdır” II Liqada II turun oyun cədvəli bəlli olub “Gəncə”də daha bir legioner Paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək MPL: 3-cü turun oyunlarının mübahisəli epizodlarının şərhi "Kəpəz"dən "Gəncəbasar"a Azərbaycan II Liqası: Bu gün 1-ci tura yekun vurulub "Neftçi" Kenan Piriçlə vidalaşıb Fərid Qayıbov "SportAccord"un prezidenti ilə görüş keçirib "Zəngəzur"dan 4 transfer "Kəpəz" - "Şamaxı" oyununa satılan biletlərin sayı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Azərbaycan milli komandası altı pillə irəliləyib "Neftçi"nin Premyer Liqada növbəti oyununun biletləri satışa çıxarılıb Bakıda keçiriləcək bu turnirdə 4 ölkənin idmançıları yarışacaqlar Azərbaycan Çempionatı: Yarışın ilk günü yekunlaşıb, qaliblər bəlli olub

Əvəzedicilər Liqası olduğu kimi davam etdiriləcək - RƏSMİ

Bölmə adı Azərbaycan
Yayımlandı 25-06-2025, 14:02

SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sport1.az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə UEFA-nın "HatTrick investment" proqramı barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib. Qeyd edilib ki, "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət olunaraq aşağıdakı infrastruktur məsələlərinin icrası planlaşdırılır:

- AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.

- Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.

AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:

- Birinci Regional İnkişaf Mərkəzinin inşası.

- Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.

Ardından Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb. AFFA-nın baş katibi C.Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR