
İngiltərə Premyer Liqasının XII turunun "Mançester Yunayted" - "Everton" görüşündə maraqlı hadisə yaşanıb.
Sport1.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu İdrissa Geye qırmızı vərəqə ilə cəzalandırılıb.
Maraqlı məqam isə ondan ibarətdir ki, 36 yaşlı yarımmüdafiəçi öz komanda yoldaşı Maykl Kinin üzünə şapalaq vurduğu üçün bu karta layiq görülüb.
Qeyd edək ki, həmin oyun mersisaydlıların minimal hesablı qələbəsi ilə başa çatıb.