Alisson yaşıl meydanlara qayıdır

Bölmə adı İngiltərə
Yayımlandı 22-11-2025, 12:12

"Liverpul"un qapıçısı Alisson Beker yaşıl meydanlara geri dönür.

Sport1.az xəbər verir ki, braziliyalı qolkiper "Qalatasaray"la görüşdə zədələnmişdi.

Arne Slot tərəfindən verilən açıqlamaya görə, o, artıq zədəsini tamamilə sağaldıb və şənbə günü "Nottinqem"lə görüşə hazır olacaq.

Müəllif: Sport1.az