"Liverpul"da daha 2 itki

Bölmə adı İngiltərə
Yayımlandı 22-11-2025, 11:53

"Liverpul" əsas heyətdə 2 itki ilə üzləşib.

Sport1.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Konor Bredli və yarımmüdafiəçisi Florian Virtz sıradan çıxıb.

Hər iki futbolçuda da əzələ zədəsi olmasına baxmayaraq, Konorun 3 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir. Almaniya millisinin üzvünün isə yalnız "Nottinqem"lə görüşü qaçıracağı gözlənilir.

Həmçinin "qırmızılar"ın baş məşqçisi Arne Slot da Florianın Bredlidən tez qayıdacağını vurğulayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR