
“Çelsi” zədələnən yarımmüdafiəçisi Koul Palmerin mümkün qədər tez yaşıl meydanlara qayıtması üçün xüsusi addım atıb.
Sport1.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, London klubu futbolçu üçün fərdi şəkildə hazırlanmış xüsusi buts sifariş edib. Bu ayaqqabı Palmerin zədələnmiş ayaq barmağına düşən yükü minimuma endirmək üçün xüsusi konstruksiya ilə hazırlanıb.
Xatırladaq ki, Palmer çərşənbə günü evdə qapıya dəyərək kiçik barmağını zədələmiş və onda yüngül çat aşkarlanmışdı.
Klubun məqsədi futbolçunun reabilitasiya prosesini sürətləndirmək, hərəkətlər zamanı komfortu təmin etmək və zədənin dərinləşməsinin qarşısını almaqdır.
Məlumata əsasən, bu xüsusi buts Palmerin artıq gələn həftə komandanın ixtiyarına dönməsinə şərait yarada bilər.