
“Mançester Yunayted” qarşıdakı iki–üç “transfer pəncərəsi” ərzində heyətdə ciddi yenilənməyə hazırlaşır.
Sport1.az “TEAMtalk”a istinadən xəbər verir ki, klub yüksək maaşlı üç futbolçu – Kazemiro, Markus Reşford və Bruno Fernandeşlə mərhələli şəkildə yolları ayırmağı planlaşdırır. Mənbənin məlumatına görə, rəhbərlik onların uzunmüddətli perspektivdə komandanın planlarına uyğun gəlmədiyini düşünür.
Klub eyni zamanda yarımmüdafiəni tamamilə yenidən qurmaq üçün üç yeni futbolçu transfer etməyi hədəfləyir. “Kristal Pelas” Adam Uorton üçün 70 milyon funt, “Brayton” Karlos Baleba üçün 100 milyon funt tələb edir. “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson üçün “Mançester Yunayted”in 60 milyon funt təklif etməyi planlaşdırdığı, lakin rəqib klubun məbləği 80 milyon funta qədər qaldıra biləcəyi bildirilir.
Bildirilir ki, bu genişmiqyaslı dəyişikliklər klubun yaxın illərdə nəzərdə tutduğu yenidən qurulma prosesinin əsas hissəsidir.