SON DƏQİQƏ
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci turun seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Sport1.az xəbər verir ki, yığmamız Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin 2:7 hesablı məğlubiyyəti ilə başa çatıb.
Yığmamızın qollarını 25-ci dəqiqədə Sara Səlimova və 32-ci dəqiqədə Məryəm Səmədli vurublar.