son dəqiqə SON DƏQİQƏ
"Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ● Premyer Liqa klublarının yay transferləri ● Almaniya Yunanıstanla bacarmadı, Portuqaliya Norveçə qalib gəldi ● “Şirvan” - “Difai” matçında 6 qol ● Taekvondoçularımızdan Tiranada 4 medal ● Rui Jorje: “Gündən-günə daha yaxşı olmağa çalışacağıq” ● Yığmamız Albaniyaya böyük hesabla uduzdu ● Ayxan Abbasov: “Bu, xarakter oyunu idi” ● II Liqa: VI tura yekun vurulub ● Cüdoçumuz dünya çempionu oldu ● Litvanın baş məşqçisi: “Oyun bizim üçün məyusedici bitdi” ● Yığmamız Millətlər Liqasında ilk qələbəsini qazandı ● Astarada şəhid Arif Qeybiyevin xatirəsinə yarış keçirilib ● Azərbaycan gimnastları Dünya Kubokunda medal qazanıb ● Bakıda keçirilən Dünya Kuboku rekordlarla yadda qaldı ● Azərbaycan - Litva: ● “Neftçi” veteranları yubiley oyununda qalib gəlib ● “Neftçi”nin legioneri millidə növbəti matçına çıxıb ● AÇ: 4 boksçumuz qələbə ilə başlayıb ● Cüdoçularımız Dünya Çempionatında mübarizəyə başlayır ● “Fənərbağça”dan “Turan Tovuz”a təşəkkür ● Ölkə rekordu yenilənib ● İngiltərədən darmadağın, İspaniya 3 xalı 3 qolla qazandı ● "Turan Tovuz" "Fənərbağça"ya uduzub ● "Komanda oynadı, çalışdı, amma..." ● "Normal hazırlaşa bilmirik" ●

Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir

Bölmə adı Cüdo
Yayımlandı Bu gün, 09:38

Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında Dünya Çempionatında oktyabrın 5-də ikinci yarış gününün görüşləri keçiriləcək.

Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mundialın ikinci günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində qüvvəsini sınayacaq.

Qadınların -52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Cüdoçumuzun ilk rəqibi İsrail təmsilçisi Gefen Primo olacaq.

Kişilərin -66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda Finlandiya təmsilçisi Luukas Saha ilə, Nizami İmranov isə Gürcüstan cüdoçusu Vaja Marqvelaşvili ilə qarşılaşacaq.

Eyni çəki dərəcəsində Ruslan Paşayev mübarizəyə 1/16 finaldan start verəcək.

Onun rəqibi Serdar Rahimov (Türkmənistan) - Adrian Nieto Çinarro (İspaniya) görüşünün qalibi olacaq.

Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq.

Dünya çempionatının rəsmi açılış mərasimi saat 16:30-da, final bloku isə saat 18:00-da keçiriləcək.

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov -60 kq çəki dərəcəsində qızıl medal qazanaraq dünya çempionu olub.

Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında Dünya Çempionatlarında qazanılan dördüncü qızıl medal, -60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR