
“Qarabağ”ın yarımmüdafiəçisi və Monteneqro millisinin üzvü Marko Yankoviç DÇ-2026-nın seçmə mərhələsinin 8-ci turunda Xorvatiyaya qarşı keçirilən oyundan (2:3) sonra açıqlama verib.
Sport1.az xəbər verir ki, təcrübəli futbolçu “Gradski portal”a müsahibəsində rəqibin gücündən danışıb:
“Xorvatiya matçdan əvvəl də favorit sayılırdı. Güclü və sabit komandadır, onlara qarşı 90 dəqiqə maksimum səviyyədə oynamaq lazımdır. Meydanda tam gücümüzü ortaya qoyduq, hesabda irəli olduğumuz anlar da vardı. Bir neçə çox yaxşı imkan yaratdıq, amma nəticə üçün kifayət etmədi”.