son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

"Sabahkı oyunu səbirsizliklə gözləyirik" - "Omoniya"nın baş məşqçisi

Bölmə adı Konfrans Liqası
Yayımlandı 6-08-2025, 20:32

"Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunlarında keçiriləcək "Araz-Naxçıvan"la oyun haqda danışıb.

Sport1.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib: "Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpedo"ya qarşı yaxşı oynadıq, yaxşı nəticə göstərdik. Eyni sözləri "Araz-Naxçıvan" haqda da deyə bilərəm. Evdə və səfərdə "Aris"ə qarşı yaxşı oynadılar. Sabahkı matçda yaxşı oynamalıyıq".

Mütəxəssis "Araz-Naxçıvan" "Aris"i necə keçdiyindən söz açıb: "Məncə, "Araz-Naxçıvan"ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də çox yaxşı mübarizə apardılar. Komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi".

H.Berq "Omoniya"nın bu mərhələdə favorit olmasından danışıb: "Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı oyununu göstərsin. "Araz-Naxçıvan" yaxşı komandadır. Təsadüf deyil ki, 2 gözəl oyun oynadılar. Onlar "Aris"dən üstün idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Kimin favorit olması haqda danışmağın mənası yoxdur".

O, "Zirə" ilə qarşılaşan "Omoniya"nın indiki komandası ilə müqayisə edib: "İki fərqli mövsümün komandasını dəyərləndirmək çətindir. Bu komanda ötən mövsüm təsnifat mərhələlərində uğurlu çıxış etdi.

Mütəxəssis sabahkı matçın gözləntilərindən danışıb: "Riyaziyyatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. "Aris" "Araz-Naxçıvan"ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi onlar "Aris"i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik".

H.Berq komandada itkilərin olduğunu bildirib: "Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Bu gün gecə gələcək".

O, ötən mövsümün əvvəlində "Neftçi"nin baş məşqçi postuna gələ biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Bəzən şayiələrdir, bəzən maraqlananlar olub, bəzən maraqlanmayanlar".

Mütəxəssis sonda meydançanın ot örtüyünü hələ görmədiyini qeyd edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR