
"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallager yenidən Premyer Liqaya qayıda bilər.
Sport1.az xəbər verir ki, ingiltərəli futbolçu "Atletiko"da aldığı oyun vaxtından razı deyil.
24 yaşlı oyunçunun adı "Mançester Yunayted"lə hallanır.
Qeyd edək ki, Konor Qallager "Çelsi" klubunun yetirməsidir və 2024-cü ilə qədər London təmsilçisinin şərəfini qoruyub.