Gimenez Premyer Liqada oynaya bilər

Bölmə adı İngiltərə
Yayımlandı 17-11-2025, 14:44

"Milan"ın hücumçusu Santiaqo Gimenez Premyer Liqa klublarının transfer hədəfindədir.

Sport1.az xəbər verir ki, "Brentford" və "Sanderlend" meksikalı futbolçunun xidmətlərində maraqlıdır.

Komandası ilə bu mövsüm A Seriyasında fərqlənməyi bacarmayan 24 yaşlı forvard gözləntiləri doğrultmur.

Qeyd edək ki, Santiaqo "Milan"a ötən mövsümün qışında "Feyenord"dan 32 milyon avroya transfer edilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR