Harri Keyn bu göstərici ilə Peleyə çatdı

Bölmə adı Futbol / İngiltərə
Yayımlandı 17-11-2025, 13:13

İngiltərə milli komandası DÇ-2026-nın seçmə mərhələsində Albaniya yığmasını məğlub etdi – 2:0.

Apasport.az xəbər verir ki, komandanın hər iki qolunu da Harri Keyn vurub.

32 yaşlı hücumçu yığmadakı qollarının sayını 78-ə çatdıraraq dünyada millidə ən çox qol vuranların siyahısında 12-cidir.

77 qolu olan mərhum futbolçu Peleni qabaqlayan Keyn iranlı Hüseyn Said ilə 12-ci sıraya şərikdir.

Siyahının lideri isə 143 qolla Kriştiano Ronaldodur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR