Son adının Avropa klubları ilə hallanmasını cavablandırdı

Bölmə adı Futbol
Yayımlandı 13-11-2025, 10:40

"Los Anceles"in hücumçusu Hün Min Son Avropaya icarə əsasında geri dönməsi ilə bağlı olan şayiələri cavablandırıb.

Sport1.az xəbər verir ki, Cənubi koreyalı vinger bu xəbərlərə belə münasibət bildirib:

"Mən "Los Anceles"i qışda tərk etməyəcəm. Nəinki qış, yaxın müddət ərzində ayrılmaq düşüncəm yoxdur. Klubuma dərindən hörmət edirəm. Buranın emblemini sinəmdə daşıdığım müddətdə, heç bir ayrılıqdan söhbət gedə bilməz".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR