"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
Sport1.az xəbər verir ki, klub albaniyalı Endri Çekici ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
29 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerası ərzində "Dinamo" (Zaqreb), "Olimpiya" (Lyublyana), "Ankaragücü", "Konyaspor", "Pendikspor", "Adanaspor" kimi klublarda çıxış edib.
O, son olaraq İraqın "Zakho" komandasının şərəfini qoruyub.
Çekiçi Albaniya millisində 11 oyunda meydana çıxıb və 1 qol vurub.