son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

Gimnastlarımız 6 medal qazandılar

Bölmə adı Digər
Yayımlandı 3-10-2026, 13:12

İtaliyada batut gimnastikası üzrə "5th Aere Trampoline Cup" beynəlxalq turniri keçirilir.

Sport1.az xəbər verir ki, turnirdə gimnastlarımız sinxron və fərdi proqramlarda ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Sinxron proqramda 13-14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medala layiq görülüblər.

15-16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

17-21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medal qazanıblar.

Fərdi proqramda Hüseyn Abbasov 57,950 xalla, Ammar Baxşalıyev 53,300 xalla qızıl medal əldə ediblər.

Muhamməd Həsənli isə 49,290 xalla gümüş medalın sahibi olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR