son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib"

Bölmə adı Milli / Manşet
Yayımlandı 3-10-2026, 11:07

Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində növbəti matçını Bakıda Litva seçməsinə qarşı keçirəcək.

Sport1.az xəbər verir ki, həmin qarşılaşmadan öncə baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb:

"Hər kəsi salamlayıram. Litvaya qarşı ikinci oyunumuzu keçirəcəyik. Bir-birimizi daha yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Yoldaşlıq matçında qüvvələrini sınayıblar. Bəzi futbolçularımız 90 dəqiqə oynayıblar. Futbolçularımızla söhbətimiz oldu. Son oyundan daha yaxşı çıxış etməliyik. Futbolçularımız çox məyus olublar. İnşallah, azarkeşlərimizi sevindirərik".

- Lixtenşteynlə görüşdən sonra böyük tənqidlərə məruz qaldınız. Psixoloji durum nə yerdədir?

- Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Futbolçularla danışıqlar aparmışıq. Bəziləri təzyiqi hiss edirlər. Klubdakı kimi rahat çıxış etmirlər. Milli karyeraları təzə başlayanlar var. Aralarında təcrübəli olanlar da mövcuddur. Belə vəziyyətlərə düşdüyümüz anlar çox olub. Bir oyunla hər şey bitmir. Bunlar bizə təcrübə qazandırır. Qrup lideri olmaq, xalımızı çoxaltmaq istəyirik. Gələn dövrədən C Liqası tam başqa cür keçiriləcək. Orada səviyyəli rəqiblər daha çox olacaq. Hər keçən gün bizim üçün sınaq və yenilikdir.

- Malta millisinə məğlubiyyət, San Marino üzərində çətinliklə qazanılan qələbə son nəticələr üçün siqnal xarakteri daşıyırdı?

- Bəli. Həmin görüşlər yadımızdadır. Media nümayəndələri ilə birgə idik. Suallar da çox olurdu. Bizə çətin olacağı deyilirdi. Bunu bilirdim. Qeyd etdiyiniz görüşlərdə epizodlar çox oldu. Sonluq çatmadı. San Marinoya qalib gəldik, amma məmnun olmadıq. Tacikistana qalib gəldik, amma məmnun qalmadıq. Azarkeşlər haqlıdır. Öz gücümüzü qəbul etməliyik. Hücum xəttimizdə stabil oynayan sadəcə Mahir Emreli var. Komanda ona köklənib. Digər oyunçularımız isə komandalarında az oynayıb. Vüsal İsgəndərlini də qeyd etməliyəm. Təslim olmamalı, mübarizə aparmalıyıq.

- Qarşıda daha böyük komandalara qarşı oyunlarımız var. Durumumuz yenə də belə olacaq? Legioner limitinin ləğvi milli komandanın nəticələrinə təsir edib?

- Tək legioner limitinin ləğvini bəhanə etməyək. Rüfət Abbasov öz komandasında mövqeyində çıxış edən legionerlə rəqabət aparır və onu qabaqlayır. İddialı komandalarda bu durum daha çətindir. Güc baxımdan bizim futbolçularımız geridə qalır. Renat Dadaşov Ukrayna çempionatına gedib. Onun orada yaxşı çıxışı milliyə təsir edəcək. Mahir davamlı çıxış edir. "Turan Tovuz", "Zirə" və "Neftçi"də forma geyinən futbolçulara sahibik. Qeyd etdiklərim olsa, bizim üçün çətin olmayacaq.

- Lixtenşteyni məğlub edə bilməməyimiz növbəti rəqibimizə - Litva seçməsinə motivasiya verə bilər?

- Rəqibə üstünlük verdik. Millətlər Liqasında digər nəticələrə baxdıqda, stabil nəticələrin olmadığını görürük. Favorit komandalar qalib gələ bilmir. Litvanın çox rahat olacağını düşünmürəm. Sabah meydançada mübariz komandalar görəcəyik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR