
Argentina millisinin və Fransa “Lion” klubunun müdafiəçisi Nikolas Talyafiko Lionel Messinin yığmadakı karyerasını bitirmə ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, Talyafiko “Radio La Red”ə açıqlamasında 38 yaşlı ulduzun milli komandada keçirdiyi illərin misilsiz olduğunu vurğulayıb:
“Messi artıq 20 ildir Argentina millisində çıxış edir. Bu, həqiqətən qeyri-adi göstəricidir. Onun millidən ayrılmasına heç kim hazır ola bilməz.
O, nə vaxt dayanacağına özü qərar verəcək. Ola bilsin ki, futbolçu karyerasını bitirdikdən sonra məşqçi korpusunda qalsın və ya milli komandada başqa bir vəzifə tutsun”.